ABŞ-da sel və yanğınlar tüğyan edir

Amerika Birləşmiş Ştatları  bir tərəfdən sellə bir tərəfdən də yanğınla mübarizə edir.

517836
ABŞ-da sel və yanğınlar tüğyan edir

Amerika Birləşmiş Ştatları  bir tərəfdən sellə bir tərəfdən də yanğınla mübarizə edir.
 
 Ölkədə baş verən sel və yanğınlar nəticəsində ən az 16 nəfər öldü.
 
 Qərbi Virginia ştatında təxminən 7 saat davam edən intensiv yağışlar nəticəsində yaranan seldə ən az 14 nəfər həyatını itirdi.
 
 Seldə itkin düşdüyü bildirilən 8 yaşlı uşağın da cəsədi tapıldı.
 
 Ştatın qubernatoru Ray Tomblin fəlakətin verdiyi zərərin getdikcə böyüdüyünü və bəzi yerlərin100 ilin ən pis fəlakəti ilə üzləşdiyini bildirdi.
 
 Qubernator 44 qəsəbədə fövqəladə vəziyyət elan edərək,150 Milli Qvardiya əsgərini təcili yardım üçün bölgəyə göndərdi.
 
 Sel, yolları yaraslz hala salıb, evləri dağıdıb.
 
 Bir çox evin və qolf meydançalarının tamamilə sular altında qalmasına yol açan sel üzündən Elkviewdea 500-ə yaxın insan yolların su altında qalması səbəbindən alış-veriş mərkəzində əsir qalıb.
 
 100-dən artıq evə böyük ziyan dəyib.
 
 Enerji xətlərinin zərər görməsi ilə ən az 500 min abonent elektriksiz qalıb.
 
 Kaliforniya ştatında də, meşə sahəsində başlayan yanğın isti hava və küləyin təsiri ilə yaşayış məntəqələrinə  sıçrayıb. Nəticədə 2 insan ölüb, 100 ev yararsız hala düşüb.
 
 1500 ev təhlükə altındadır.
 
 600 nəfər  yanğınsöndürən  alovlarla mübarizəyədə aciz qalınca, bölgəyə əlavə briqadalar göndərilib.
 
 Alovdan və tüstüdən təsirlənən 3 nəfər yanğınsöndürən xəstəxanaya aparılıb.
 
 Küləyin  təsiri ilə sürətlə yayılan və 8 min hektar sahədə davam edən şiddətli yanğının yaranma səbəbi ilə əlaqədar istintaq davam edir.
 
 Həftə sonu artması gözlənilən istilərlə yanaşı Los Angelesin də aralarında olduğu bəzi yerlər üçün şiddətli yanğın təhlükəsini nəzərdə tutan "qırmızı bayraq" xəbərdarlığı edildi.



Әlaqәli Xәbәrlәr