Çində qasırğa və fırtına 51 insanın həyatına son qoydu
Çinin şərqindəki Ciangsu əyalətində qasırğa və fırtına nəticəsində 51 nəfər öldü.
516935

Şinhua agentliyinin xəbərinə görə, bölgədəki Yançıng şəhəri və ətrafında ildırım, fırtına, dolu səbəbindən bir çox bina dağılıb və yollara ciddi zərər dəyib.
Bölgəyə təcili yardım briqadaları göndərilib.