Koreyanın sınaq raketi Yaponiya sularına düşdü
Cənubi Koreya Şimali Koreyanın iki yeni ballistik raket sınağı həyata keçirdiyini açıqlayıb
515853

Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, “İlk sınaq uğursuzluqla nətıcələnib, ikinci raket isə 400 kilometr uçub”.
Cənubi Koreya hadisə ilə bağlı təhlükəsizlik iclası keçirəcək.
Amerika Birləşmiş Ştatları rəsmiləri isə raketin Yaponiya dənizinə düşdüyünü qeyd edib.
ABŞ Dövlət Departamentinin sözçüsü hadisəni pislədiklərini, vəziyyəti dəyərləndirməkdə davam edəcəklərini deyib.
Şimali Koreyanın raket sınağı ilə Birləşmiş Millətlər Təşkilatının qərarını pozduğunu bildirən Yaponiya isə bu olaya qəti etiraz ediləcəyini açıqlayıb.