Misir ilə Fransa ortaq hǝrbi tǝlim keçirir

Hǝrbi tǝlimdǝ iki ölkənin dəniz qüvvələrinin müharibǝ güclǝrinin artırılmasının mǝqsǝd götürüldüyü bildirilir

515110
Misir ilə Fransa ortaq hǝrbi tǝlim keçirir

Misir ordusunun sǝlahiyyǝtli işçisi Məhəmməd Semir, Facebook hesabından yayımladığı açıqlamada, Hǝrbi tǝlimdǝ iki ölkənin dəniz qüvvələrinin müharibǝ güclǝrinin artırılmasının mǝqsǝd götürüldüyünü, bu çərçivədə düşmən qüvvələrinin geri oturtulması, planlaşdırma kimi bir çox sahədə tǝlim keçilǝcǝyini bildirib. Açıqlamada, Fransanın Misirə satdığı "Camal Abdül Nasır" adlanan “MISTRAL”tipli vertolyot daşıyan döyüş gəmiləriylə hǝyata keçirilǝn “Kleopatra 2016” hərbi manevrin keçirildiyi yer vǝ sona çatacağı tarix haqda məlumat verilməyib.

Qeyd edǝk ki, Mart ayında Misir-Fransa arasında ortaq manevr keçirilmişdi. İki ölkǝ arasındakı bu hǝrbi tǝlim beynəlxalq mətbuatda qərbli ölkələrin terror təşkilatı DEAŞ ilə mübarizə çərçivəsində Liviyaya müdaxilə planının bir hissəsi olaraq xarekterizǝ edilmişdi.



Әlaqәli Xәbәrlәr