Almaniyada qaçqınlara qarşı zorakılıq halları artmaqdadır

Almaniya Federal Cinayət Dairəsinin rəsmisi Şmitz Almaniyada bu ilin 6 ayı ərzində  qaçqın yataqxanasında 563 zorakılıq faktı qeydə alındığını bildirib.

514887
Almaniyada qaçqınlara qarşı zorakılıq halları artmaqdadır

 “Almaniyada bu ilin ilk yarısında qaçqınlara qarşı törədilən zorakılıq aktlarının sayının çox yüksək olması qorxunc faktdır”. Bunu  Almaniya Federal Cinayət Dairəsinin rəsmisi Şmitz deyib.

Erfurt şəhərində keçirilən toplantıda çıxış edən Şmitz bildirib ki, Almaniyada bu ilin 6 ayı ərzində  qaçqın yataqxanasında 563 zorakılıq faktı qeydə alınıb.

O, dövlətə açıq yerlərdə də qaçqınlara qarşı 147-si zorakılıq aktı olmaqla, 824 cinayət törədildiyinə diqqət çəkib.

 Almaniyada 1 milyondan çox qaçqının yataqxanalarda, evlərdə qaldığını və hələ də qaçqın axınının davam etdiyini  xatırladan Şmitiz bu səbəbdən potensial hücum hədəflərinin də yüksək olduğunu vurğulayıb.

Şmitz qaçqın məsələləri ilə məşğul olan bələdiyyə sədri və ya polis kimi rəsmi vəzifəlilərin də bu köməksiz insanlara qarşı 202 hücum aktının həyata keçirdiyini təəssüflə qeyd edib.

 



Әlaqәli Xәbәrlәr