5 ildǝ 13 milyona yaxın suriyalı köç edib

5 ildǝ 13 milyona yaxın suriyalı köç etmǝk mǝcburiyyǝtindǝ qalıb.

514871
5 ildǝ 13 milyona yaxın suriyalı köç edib

5 ildǝ 13 milyona yaxın suriyalı köç etmǝk mǝcburiyyǝtindǝ qalıb.

Suriyada beş ildǝn artıq zamandır davam edǝn vǝtǝndaş müharibǝsinǝ görǝ ölkǝ daxili vǝ ölkǝ xaricindǝn 13 milyona yaxın suriyalı köç etmǝk mǝcburiyyǝtindǝ  qalıb.

Mǝrkǝzi qǝrargahı Londonda yerlǝşǝn Suriya İnsan Hüquqları Mǝrkǝzinin Ümumdünya Qaçqınlar Günü münasibǝti ilǝ hazırladığı hesabata görǝ, Suriyadakı vǝtǝndaş müharibǝsindǝn asılı olaraq qaçqın statusunda qeydiyyatda olan suriyalıların sayı 5 milyon 835 minǝ çıxıb. Bunun 50 faizi uşaqlar, 35 faizi qadın vǝ 15 faizi isǝ kişilǝrdǝn ibarǝtdir.

Qǝbul edilmǝmǝk qorxusu ilǝ qeyri-qanuni yollardan başqa ölkǝlǝrǝ qaçan miqrantların sayı da xeyli yüksǝkdir.

Suriyalı qaçqınları qǝbul edǝn ölkǝlǝr sırasında ilk yeri tutan Türkiyǝ 450 mini uşaq, 270 mini qadın olmaqla 1 milyon 900 min qaçqına ev sahibliyi edir.

Son vaxtlar ölkǝnin şimalında artan hücumlar sǝbǝbindǝn qaçqın sayında artım müşahidǝ olunur. Gǝlǝnlǝrin 62 faizi qeydiyyatda deyil. Bu da tǝqribǝn 1 milyon 100 min qaçqın edir.

Qeyd edǝk ki, hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 milyona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesabatda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4 milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkənin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər) və Somali (1,1 milyon nəfər).



Әlaqәli Xәbәrlәr