Virginiya Raggi Romanın ilk qadın meri oldu

İtaliyada dünən keçirilən yerli seçkilərdə "5 Ulduz Hərəkatı"nın namizədi Virginiya Raggi Romanın ilk qadın meri oldu.

514090
Virginiya Raggi Romanın ilk qadın meri oldu


 Siyasətə yeni addım atan 37 yaşlı vəkil Raggi təcrübəsizliyinə baxmayaraq, iqtidarda olan Demokratik Partiyanın namizədi Roberto Giachettiyə qalib gəlməyi  bacardı.
 
 İtaliyada iyunun 5-də keçirilən yerli seçkilərdə səslərin 50%-dən çoxunu qazanan namizədin olmaması səbəbindən Roma, Milan, Turin, Neapol və Bolonyada seçkilər ikinci mərhələyə qalmışdı.
 
 Demokrat Partiyasının Romadakı məğlubiyyətinin baş nazir Renzi üçün 2018-ci ildə keçiriləcək ümumxalq seçkilərində problem yaradacağı güman edilir.



Әlaqәli Xәbәrlәr