Loretta Lynch:  "Ölkəmizdəki hər bir icmanın tərəfimizdən qorunduğunu bilməsini istəyirik"

Amerika Birləşmiş Ştatlarının Ədliyyə naziri Loretta Lynch hüquq-mühafizə orqanlarının ölkənin müsəlman icması ilə birgə işləməyə davam edəcəyini söylədi.

514076
Loretta Lynch:  "Ölkəmizdəki hər bir icmanın tərəfimizdən qorunduğunu bilməsini istəyirik"

 Loretta Lynch iştirak etdiyi televiziya proqramında ötən həftə meydana gələn Orlando təcavüzünə dair verdiyi açıqlamada Federal Tədqiqat Bürosunun (FBI) apardığı araşdırmanı bütün aspektləri nəzərə alaraq davam etdirdiyini qeyd etdi
 
 Lynch hadisənin baş verdiyi gecə Orlando hücumunu törədən Omar Mateen ilə polis arasında olan telefon danışıqlarının bir hissəsinin transkriptini ictimaiyyətilə paylaşacaqlarını da bildirdi.
 
 Ölkədəki müsəlman icması ilə əalqələrini davam etdirəcəklərini də ifadə edən Lynch: "Müsəlmanlarla olan əlaqəmizi davam etdirmək bizim üçün çox əhəmiyyətlidir, çünki bu icmanın fərdləri radikallaşarsa, bunu ilk görən dostları və ailələri olacaq. Dəyişikliyi onlar görəcək və bu məlumatın bizə ötürülməsini istəyirik" dedi.
 
 Lynch ABŞ müsəlmanlarının da bəzi hallarda hədəf olduqlarını vurğulayaraq: "Ölkəmizdəki hər bir icmanın tərəfimizdən qorunduğunu bilməsini istəyirik" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr