Hillari Klintonun ikinci nəvəsinə türk adı qoyuldu
İkinci dəfə nənə olan Hillari Klintonun nəvəsinə Aydan adı qoyulub
513882

ABŞ-da prezidentliyə namizəd Hillari Klinton yenə nənə olub.
Tezis.az xəbər verir ki, onun qızı Çelsi Klinton ana olması barədə “Twitter” hesabında yazıb.
Dünyaya oğlan övladı gətirən Çelsi: "Mark və mən oğlumuzun dünyaya gəlişini bayram edirik”, - deyə sevincini paylaşıb.
Hillari və Bill Klintonlar isə nəvələrinin doğulmasına: "Bu xəbər bizi sevincimizdən göyə uçurtdu", - şəklində reaksiya veriblər.
İkinci dəfə nənə olan Hillari Klintonun nəvəsinə Aydan adı qoyulub.