Mǝclis sǝdri Sibel Siber CNN-in “Dünyanın qadın liderlǝri” siyahısında

Şimali Kıbrıs Türk Cümhuriyyǝti Mǝclisinin sǝdri Sibel Siber ABŞ-ın telekanallarından CNN-nin hazırladığı “Dünyanın qadın liderlǝri” siyahısına daxil olub.

513026

CNN ABŞ-da prezident seçkilǝrindǝ Hillari Klintonun ilk qadın lider seçilmǝ ehtimalı qarşısında dünya üzǝrindǝki qadın liderlǝrin siyahısını hazırlayıb.  

Siyahıya prezident yaxud da baş nazirlik vǝzifǝsindǝ işlǝyǝn qadınlar salınıb.

Xǝbǝrdǝ indiyǝdǝk 60-dan artıq qadının ölkǝ liderliyi etdiyi vurğulanıb.

Sibel Siberi 2013-cü ildǝ baş nazirlik postunu tutması sǝbǝbindǝn Şimali Kıbrıs Türk Cümhuriyyǝti lideri olaraq elan edǝn CNN-in Şimali Kıbrıs Türk Cümhuriyyǝti ifadǝsindǝn istifadǝ etmǝsi dǝ diqqǝt çǝkib.

İlk qadın lider 1960-cı ildǝ Şri-Lankada baş nazir postunu tutan Sirimavo Bandaranaike olub.

Әlaqәli Xәbәrlәr