Braziliyada Turizm naziri istefa verib

Dilima Rousseffin yerinə tǝyin edilǝn Dövlət başçısı vəkili Mişel Temerin hökumətində vǝzifǝli Turizm naziri Henrique Eduardoalves istefa verib.

512519
Braziliyada Turizm naziri istefa verib

Braziliyada müvəqqəti olaraq vəzifəsindən çıxarılan prezident Dilima Rousseffin yerinə tǝyin edilǝn Dövlət başçısı vəkili Mişel Temerin hökumətində vǝzifǝli Turizm naziri Henrique Eduardoalves istefa verib.

 Alvesin istefa qǝrarı Braziliya Prezident ofisi tərəfindən qəbul edililib, ancaq istefa səbəbi barədə məlumat verilməyib.

“Petrobraz” korrupsiya cinayət işində adı hallanan bir neçə müvəqqəti hökumət üzvündən biri olan Alves Mişel Temere yaxınlığı ilə tanınır.

Qeyd edǝk ki, Planlaşdırma naziri Romero Juka bir neft şirkətinin keçmiş rəhbəri ilǝ keçirdiyi görüşün qeydlərinin sızmasından sonra mayın 24-dǝ istefa etmişdi.



Әlaqәli Xәbәrlәr