Tehran ABŞ-ı məhkəməyə verib

Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarını bu ölkədəki 2 milyard dollarının hesabını dondurduğu üçün Beynəlxalq Haaqa Məhkəməsinə verib.

512122
Tehran ABŞ-ı məhkəməyə verib

Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarını bu ölkədəki 2 milyard dollarının hesabını dondurduğu üçün Beynəlxalq Haaqa Məhkəməsinə verib.
İran xəbər agentliyi olan İRNA-nın yaydığı məlumata görə, Tehranın iddia ərizəsində, İran dövləti və dövlətə məxsus şirkətlərin ABŞ hüquq sistemi qarşısında toxunulmaz olduğu deyilir. Bildirilir ki, maliyyə hesabının dondurulması 1955-ci ildə imzalanan ikitərəfli dostluq müqaviləsi, iqtisadi və konsulluq hüququna da ziddir. 
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi aprel ayında İranın iki milyard dollarının hesabını bu ölkənin  iddia etdiyi hücumlarda ölənlərin ailələrinə verilməsi üçün dondurub.



Әlaqәli Xәbәrlәr