Obama Tibetin dini lideri Dalay-Lama ilǝ Ağ Evdǝ görüş keçirib

Görüşdǝ insan haqları daxil iki ölkǝnin marağında olan müxtǝlif mövzulardan danışılıb.

512011
Obama Tibetin dini lideri Dalay-Lama ilǝ Ağ Evdǝ görüş keçirib

ABŞ prezidenti  Barak Obama Tibetin dini lideri Dalay-Lama ilǝ Ağ Evdǝ görüş keçirib.

Ağ Evǝ yaxın mǝnbǝlǝrin mǝlumatına ǝsasǝn, görüşdǝ insan haqları daxil iki ölkǝnin marağında olan müxtǝlif mövzulardan danışılıb.

Daha ǝvvǝl üç dǝfǝ görüş keçirǝn Obama ilǝ Dalay-Lamanın bütün görüşlǝrinǝ etirazla yanaşan rǝsmi Pekin isǝ Vaşinqtonda baş tutan bu son görüşdǝn dǝ narahatlığını dilǝ gǝtirib.

Çinin Xarici İşlǝr Nazirliyinin sözçüsü Lu Kanq Dalay-Lamanı separatçı bir gündǝmi izlǝmǝkdǝ günahlandıraraq bildirib ki, ABŞ-ın dǝqiq vǝdlǝri var. ABŞ tǝk bir Çin Xalq Cümhuriyyǝti olduğunu, Tibetin Çinin ayrılmaz bir hissǝsi olduğunu vǝ sürgündǝki dırnaqarası Tibet hökumǝtini ǝsla tanımayacağını qǝbul edir. Din donu arxasında 14-cü Dalay-Lama Çini bölmǝk üçün öz siyasi mǝqsǝdlǝrini bütün dünyaya yaymağa cǝhd göstǝrir.

Ağ Evdǝki görüşün dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝrinin qonaq edildiyi  oval ofis ǝvǝzinǝ Xǝritǝ ofisi (Map Room) adlanan yerdǝ baş tutması da diqqǝt mǝrkǝzindǝ olub.

Daha ǝvvǝl keçirilǝn görüşlǝrdǝ dǝ Ağ Evdǝn verilǝn açıqlamalarda “ABŞ-ın müstǝqil bir Tibeti tanımayacağı” vurğulanmışdı.



Әlaqәli Xәbәrlәr