Barak Obama Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ölkədəki terror hücumlarına dair "radikal İslam" ifadəsini istifadə etməməsinə qarşı tənqidlərə dair: " Bir təhdidi fərqli adla adlandırmaq onu yox etmir. Bu, siyasi diqqəti dağıtmaqdır" dedi.

511000
Barak Obama Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi


  Barak Obama Orlandoda 49 nəfərin ölümü ilə nəticələnən hücum və DEAŞ-a qarşı  mübarizə ilə əlaqədar məlumat almaq üçün Xəzinə Nazirliyində Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi.
 
 İclasdan sonra mətbuata açıqlamalar  verən Obama gecə klubundakı hücum barəsində indiki an üçün  xarici bir terror qrupunun Orlando hücumunu təşkil etməsi ilə bağlı hər hansı bir məlumatın olmadığını dedi.
 
 Terror hücumlarına dair "radikal İslam" ifadəsindən istifadə etməməsinə qarşı tənqidlərə də cavab verən Obama, Konqresdəki respublikaçıların, "DEAŞ-ı radikal İslamçılar kimi tanımadığımız təqdirdə təşkilatı məğlub edə bilməyəcəyik" dediklərini xatırladaraq: "Bu şəkildə adlandırmaq nə qazandıra bilər? Nəyi dəyişə bilər? DEAŞ-ın amerikalıları daha az öldürmələri üçün zəmanətmi verir? Daha çox müttəfiqmi qazandırır? Bunların heç biri cavab deyil. Bir təhdidi fərqli bir adla adlandırmaq onu yox etmir. Bu, siyasi diqqəti dağıtmaqdır" dedi".
 
 Obama, terror təşkilatı DEAŞ-ın İslamı təmsil etmədiyini vurğuladı..
 
 Obama Donald Trumpın adını çəkmədən Müsəlmanların ABŞ-a gəlməsini qadağan etmək təklifini sərt şəkildə tənqid etdi.
 
 
 ABŞ prezidenti: "Bu, bizim istədiyimiz Amerika deyil. Demokratik ideyalarımızı əks etdirmir. Bizim təhlükəsizliyimizi azaldacaq. DEAŞ-ın Qərbin müsəlmanlardan nifrət etdiyi fikrini dəstəkləmək bu ölkədəki və dünyadakı müsəlmanları  töhmət və təcavüz təhlükəsi altında qoyacaq. Bu, ABŞ müsəlmanlarına hökumətin onlara xəyanət etdiyini hiss etdirəcək" deyə danışdı.
 
 DEAŞ ilə mübarizədə son vəziyyətlə bağlı məlumatı da bölüşən ABŞ prezidenti təşkilatın İraq və Suriyada geri çəkildiyini, 120-dən artıq liderini itirdiyini, beynəlxalq maliyyə sistemi ilə əlaqəsinin kəsildiyini bildirdi.
 
 Obama Suriya ilə bağlı olaraq da, buradakı münaqişələrin dayandırılması barədə müqavilənin mülki vətəndaşların problemlərini tamamilə aradan qaldırmadığını söylədi.
 
 Əsəd rejiminin müqavilənin pozulması ilə əlaqədar məsuliyyətinə diqqət çəkən Obama:"Suriyada Əsədin olmadığı  bir keçid prosesi ilə nəticələnəcək,vətəndaş müharibəsinə son qoyacaq siyasi proses üçün təzyiqimizi davam etdirəcəyik" dedi.



Әlaqәli Xәbәrlәr