Yaponiyada ayılar insanlara hücum edirlər

Son zamanlar ölkədə ayıların insanlara hücumu hadisələri çoxalıb.

510604
Yaponiyada ayılar insanlara hücum edirlər

Yaponiyanın cənubundakı Kazuno şəhərində 3 həftədə 4 insana ayı hücum  edərək onları öldürdü.

Kazuno Polisinin sözçüsü Noboru Abukava cəsədlərdə böyük diş izlərinin müəyyən olunduğunu bildirdi.

Abukava bu insanların ayı olduğu təhmin olunan böyük vəhşi heyvanın hücumuna məruz qalaraq öldüklərinin təsbit edildiyinin qeyd etdi.

 

Polislər  bölgədəki meşədə itkin düşən vətəndaşları helikopterlərlə axtardıqları zaman çoxlu ayı gördüklərini bildirərək xalqa meşəyə girməməyi tövsiyə etdilər.

Yaponiya Ekologya Nazirliyinin məlumatların görə, ölkədə 2014-cü ilin aprelindən 2016-cı ilin martınadək 176 insan ayı hücumuna məruz qalaraq ya yaralanıb, ya da ölüb.

Hadisə 1915-ci ildə Hokkaido adasında 7 nəfərin ölümü ilə nəticələnən boz ayı hücumunu da yada saldı.

 



Әlaqәli Xәbәrlәr