Jens Stoltenberg "Türkiyə ilə bağlı müxtəlif təhlükəsizlik tədbirləri görürük"

NATO baş katibi Jens Stoltenberg ittifaqın Türkiyə ilə həmrəylik içərisində olduğunu bildirərək: "Türkiyə ilə bağlı  müxtəlif təhlükəsizlik tədbirləri görürük" dedi.

510890
Jens Stoltenberg "Türkiyə ilə bağlı müxtəlif təhlükəsizlik tədbirləri görürük"

 Stoltenberg  Belçikanın paytaxtı Brüseldə NATO qərargahının girişində NATO Müdafiə Nazirləri toplantısını dəyərləndirdi.
 
 NATO-nun Varşava sammitinə bir neçə həftə qaldığını xatırladan Stoltenberq NATO ölkələrinin indiyədək görünməmiş təhlükəsizlik problemləri ilə üzləşdiklərini və Varşava sammitində hər tərəfdən gələn təhdidlərə qarşı müdafiəni artıracaq qərarların veriləcəyindən bəhs etdi.
 

 NATO qüvvələrinin Avropada hərəkət sürətini artırmaq istiqamətində işlərin də aparılacağını  söyləyən baş katib kiber müdafiə mexanizmlərinin möhkəmləndiriləcəyini qeyd etdi.
 
 Türkiyənin cənub sərhədində qeyri-sabitlik və zorakılıqla qonşu olduğunu xatırladan Stoltenberg:" Bu səbəbdən Türkiyə üçün müxtəlif təhlükəsizlik tədbirləri görürük. "Awacs"ların monitorinq uçuşları, İspan Patriot batareyaları,  Aralıq dənizinin şərqində NATO gəmiləri və italyan raket əleyhinə müdafiə sistemləri bu tədbirlərin bir hissəsidir. Bu, NATO-nun Türkiyə ilə  həmrəyliyini göstərir" dedi.



Әlaqәli Xәbәrlәr