Fransada əmək qanunu layihəsinə qarşı davam edən etirazlar həyatı iflic etdi
Tətillərə hava yollaır, dəmir yolu və metro işçiləri ilə yanaşı taksi sürücüləri də dəstək verirlər.

Avro 2016 qarşılaşmaları üçün başqa şəhərlərə gedən mətbuat nümayəndələri və futbolsevərlər tətil dalğası səbəbindən çətinliklərlə üzləşirlər.
Paytaxt Parisdə toplaşan yüz minlərlə insan isə, mübahisəli layihəyə etiraz etmək üçün Milli Məclisə doğru yürüş keçirdilər.
Polisin nümayişçilərə sərt şəkildə müdaxilələri diqqətçəkicidir.
Nümayişçiləri dəyənəklə dağıtmağa çalışan təhlükəsizlik qüvvələri gözyaşardıcı bombalardan da istifadə edirlər.
Fransanın Ümummilli Əmək Konfederasiyasının (CGT) sədri Philippe Martinez 4 aya yaxındır mübarizə apardıqlarını xatırladaraq, Parisdəki nümayiş üçün ətraf şəhərlərdən işçilərin 450 maşlnla gələcəyi barədə məlumat verdi
Jurnalistlərin layihənin memarı Əmək naziri Myriam el Khomri ilə görüşürüb - görüşməyəcəyi sualına da cavab verən Martinez: "Nazir telefonumun nömrəsini bilir, irəliləyişin əldə olunmasını istəyirsə, mən hazıram" ifadələrini işlətdi.
31 Martda keçirilən yürüşlərə 250 şəhərdə 1,2 milyon fəhlə dəstək vermişdi.
Layihə təsdiq olunarsa, gündəlik maksimum 10 saatlıq iş müddəti 12 saata çıxarılacaq.
Əmək haqlarında əhəmiyyətli azalmaların olacağına diqqət çəkən həmkarlar hökumətdən layihəni ləğv etməyi tələb edirlər, əks təqdirdə tətil və etirazların davam edəcəyini bildirirlər.
Әlaqәli Xәbәrlәr

“Hərbi gərginliyin ümumi səviyyəsi artacaq”
Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov bildirib ki...