Fransa polisi əməliyyatlar keçirib

Futbol üzrə Avropa çempionatı üçün Fransaya gedən azarkeşlər arasında həftəsonu baş verən toqquşmaların ardından Fransa polisi hərəkətə keçib.

510709
Fransa polisi əməliyyatlar keçirib

Futbol üzrə Avropa çempionatı üçün Fransaya gedən azarkeşlər arasında həftəsonu baş verən toqquşmaların ardından Fransa polisi hərəkətə keçib.

Dava salan azarkeşlərdən 29-nun kimliyi müəyyən edilib və deportasiya olunmaq üçün hava limanına gətirilib.

Bu xəbəri Rusiya “Fan klubu”nun rəhbəri Aleksandr Şpriqin də təsdiqləyib.

Qeyd edək ki, Fransa rəsmiləri həftəsonu Marseldə törədilən hadisədən sonra  rus azarkeşləri barəsində xüsusi tədbir görüləcəyini bildirmişdilər.

Baş nazir Manuel Valls deyib ki, asayişi pozaraq qarşıdurma yaradan azarkeşlərin Fransada qalmaq haqqı yoxdur.

Fransa Daxili İşlər Nazirliyi isə son olayla bağlı 116 nəfər barəsində istintaq işinə başlanıldığını, 63 nəfərin saxlanıldığını qeyd edib.

Nazirliyin açıqlamasında, həmçinin 3 nəfərin deportasiya edildiyi, 5 azarkeşin ictimai asayişi pozduğuna görə ölkəyə girişinə icazə verilmədiyi bildirilib.

Prokurorluqdan isə verilən məlumata görə, 6 ingilis, 3 fransız və 1 avstriyalı azarkeş mühakimə olunacaq.



Әlaqәli Xәbәrlәr