ABŞ-da matəm elan edilib

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Orlando şəhərində 49 nəfərin ölümü ilə nəticələnmiş terror aktının DAEŞ tərəfindən törədilməsilə bağlı bir dəlilin olmadığını deyib.

510558

DAEŞ terror hücumunu üzərinə götürsə də, Obama bu məsələdə açıqlama verməkdə hələ ki tələsmir.

Teror aktı araşdırılarkən ABŞ-da matəm elan edilib, bayraqlar endirilib.

Bu arada, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp terroru törədənin Amerika vətəndaşı olsa da, Əfqanıstan əsilli olduğuna diqqət çəkib.

O, prezident seçiləcəyi təqdirdə miqrantların ABŞ-a girişini qadağan edəcəyini deyib.

Tramp prezident Obamanın istefasını da tələb edib.

Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klinton isə daha mülayim mövqe nümayiş etdirib.

“Təcavüzkar ölmüş olsa belə, onu zəhərləyən virus hələ canlıdır”-, deyən Klinton  silah satışının qadağan edilməsi və terrorizmə maliyyə dəstəyin dayandırılmasına çağırış edib.

Әlaqәli Xәbәrlәr