Almaniya Federal Məclisinin sədri tarixlərinin utancverici olduğunu bildirib

Lammert ölkəsinin imperiya keçmişində həyata keçirdiyi müstəmləkəçilik cinayətlərini hesablamağa etinasiz yanaşmasının yolverilməz olduğunu söyləyib.

509988
Almaniya Federal Məclisinin sədri tarixlərinin utancverici olduğunu bildirib

Almaniya Federal Məclisinin (Bundestaq) sədri Norbert Lammert ölkəsinin imperiya keçmişində həyata keçirdiyi müstəmləkəçilik cinayətlərini hesablamağa etinasiz yanaşmasının yolverilməz olduğunu söyləyib.
 Lammert Almaniya 2-ci kanalına (ZDF) verdiyi açıqlamada bildirib ki, Almaniyanın bu məsələni açıq şəkildə dilə gətirməməsi üzücüdür. Digər tərəfdən, bu, son günlərin prosesləri kontekstində utandırıcıdır.
O, Məclisdən məsələ ilə bağlı bəyanat verməsini gözlədiyini də deyib.
Qeyd edək ki, 1904-ci ildə Namibiyada baş verən qiyam alman müstəmləkə qüvvələri tərəfindən qanda boğularaq ən az 60 min herero və 10 min namibiyalı öldürülüb.
 Alman generalı Lothar von Trotha bu qəbilələrin məhv edilməsini əmr edib.
 Məclis sədri Lammert 1904-cü ldə törədilən bu cinayətləri ötən il soyqırım kimi səciyyələndirib.



Әlaqәli Xәbәrlәr