Belçikada "Tihange" Atom Elektrik Stansiyasının ikinci reaktoru bağlandı

Belçikada "Tihange" Atom Elektrik Stansiyasının ikinci reaktoru dünən texniki bir qəza səbəbindən bağlandı.

508607
Belçikada "Tihange" Atom Elektrik Stansiyasının ikinci reaktoru bağlandı

 "Tihange" stansiyanı işlədən Belçika elektrik şirkəti "Electrabel" texniki problemin stansiyanın nüvə qismi ilə əlaqədar olmadığını bildirdi.
 
 Şirkət problemin mənbəyinin araşdırıldığını, lakin bu prosesin bir neçə gün davam edəcəyini bildirdi.
 
 "Tihange"ın 2-ci reaktoru 2014-cü ilin mart ayında soyutma sisteminin borularında mikro çatlaqlar müəyyən edilməsi səbəbindən bağlanmış, ötən İlin dekabr ayında isə Federal Nüvə Nəzarət Agentliyinin təhlükəsizlik təsdiqindən sonra yenidən dövriyyəyə buraxılmışdı.
 
 Qeyd edək ki,Belçikanın Hollandiya sərhədinə yaxın "Doel" Atom Elektrik Stansiyasında 4 ədəd, Almaniya və Lüksemburq sərhədinə yaxın "Tihange" Atom Elektrik Stansiyasında də 3 ədəd olmaqla, ümumilikdə 7 reaktor fəaliyyət göstərir. Bu reaktorların istehsal etdiyi elektrik ölkə tələbatının təxminən yarısını ödəyir.
 
" Tihange" stansiyasının qəzalı ikinci reaktoru 1983-ci ildə fəaliyyətə başlayıb və  saatda 1008 megavat elektrik istehsalı gücünə malikdir.
 
 Belçikanın  qonşuları Almaniya, Lüksemburq və Hollandiya tez-tez Belçikanın nüvə reaktorlarına görə narahat olduqlarını ifadə edirlər.



Әlaqәli Xәbәrlәr