İraq və Suriyanın şimal sәrhәdlәri açılır
Bu barədə ABŞ prezidenti Barak Obamanın DEAŞ terror tәşkilatı ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk bildirib.
508159

ABŞ prezidenti Barak Obamanın DEAŞ terror tәşkilatı ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk humanitar vә ticarət mәqsәdilә İraq Kürd Regional Rəhbərliyi ilə Suriyada terror təşkilatı PYD-nin nəzarəti altındakı Rojava arasındakı sərhədin açılacağını bildirib.
McGurk şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi bəyanatda: "Sərhədlərin humanitar məqsədlər və ticarət üçün açılmasını məmnuniyyətlə qarşılayırıq" deyә qeyd edib.