Gizli 64-cü Bilderberq sessiyası

Qapalı keçdiyindən çox zaman tənqid olunan Bilderberq yığıncaqlarının rəsmi iştirakçı siyahısı ancaq son bir neçə ildir açıqlanır

507867
Gizli 64-cü Bilderberq sessiyası

  Bilderberq sessiyasının 64-cüsü dünən Almaniyanın Drezden şəhərində başlayıb.

  Qapalı keçdiyindən çox zaman tənqid olunan Bilderberq yığıncaqlarının rəsmi iştirakçı siyahısı ancaq son bir neçə ildir açıqlanır. Builki siyahıda əvvəlki Amerika Dövlət katibi Henry Kissinqer, astronavt Kris Hedfild, Hollandiya kralı Vilyam, Belçika və Niderlandın Baş nazirləri, Almaniya, Kanada, İrlandiya və İsveçin Maliyyə nazirləri, Almaniya və İsveçin Müdafiə nazirləri də var.

  Avropadakı qaçqın böhranı, Avropa İttifaqının gələcəyi, Birləşmiş Ştatlarda yaxınlaşan seçkilər, Orta Şərqdə proseslər gündəmin mövzularıdır. Amma iştirakçıların nələr danışdığının ictimaiyyətə sızdırmaq qadağandır. Dünya siyasətinin təyin olunduğu irəli sürülən yığıncaqlarda Türkiyədən də 3 iştirakçı var.

  Bilderberq konfransları Avropa ilə Amerika arasındakı əlaqələri inkişaf etdirmək məqsədiylə 1954-cü ildə başlanılıb. Konfranslarda qərar alınmır, ətraflı gündəm hazırlanmır, sadəcə azad fikir mübadiləsinə imkan vermək üçün gizlilik prinsipi əsas götürülür.



Әlaqәli Xәbәrlәr