Rusiyanın Türkiyədən meyvə və tərəvəz idxalını tamamilə qadağan etmək niyyəti yoxdur

Bunu Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) sədri Sergey Dankvert dedi.

507620
Rusiyanın Türkiyədən meyvə və tərəvəz idxalını tamamilə qadağan etmək niyyəti yoxdur

Sergey Dankvert Türkiyədən tərəvəz və meyvə idxalını tamamilə qadağan etmək niyyətində olmadıqlarını açıqladı.
 
 Ölkəsinin belə bir şey planlaşdırmadığını deyən Dankvert: " Vəzifəmiz sağlamlığa qarşı təhdidləri dəyərləndirərək hərəkət etməkdən ibarətdir. Əgər (bitki sağlamlığı mövzusunda) yeni təhdidlər müəyyən edilərsə o zaman baxarıq" dedi.
 
 Rosselxoznadzorun sədri Türkiyədən hələ də limon və qreypfrut başda olmaq üzrə bəzi meyvə və tərəvəz növləri idxal edildiyini xatırlatdı.



Әlaqәli Xәbәrlәr