Bettina Kudla Federal Məclisin qərarını kəskin tənqid edib

Almaniya Federal Məclisində 1915-ci il hadisələri ilə bağlı səsvermədə bir nəfər “yox” demək cəsarətini nümayiş etdirib.

507214
Bettina Kudla Federal Məclisin qərarını kəskin tənqid edib

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat Birlik Partiyasının üzvü Bettina Kudla səsvermədə israrla “əleyhinə” düyməsini basıb.

Almaniya Federal Məclisinin deputatı bildirib ki, ölkələrdə baş verən tarixi hadisələri dəyərləndirmək Federal Məclisin funksiyası deyil. Onun sözlərinə görə, bu qərar Türkiyə-Almaniya əlaqələrinə mənfi təsir göstərəcək və xüsusilə Ankara ilə Avropa İttifaqı arasındakı ekstradisiya ilə bağlı müqavilənin icrasını da çətin duruma salacaq.

 Səsvermədən sonra verilən reaksiyaları da dəyərləndirən Kudla deyib ki, bununla  bağlı Xristian Birlik Partiyasi tənqidlərlə üzləşib. Eyni zamanda, sosial media üzərindən Türkiyədən və hətta Almaniyadan inanılmaz bir dəstək gəlib.

Bettina Kudla Federal Məclisin bu qərarın yerinə Avropanın üzləşdiyi qaçqın böhranına diqqət yetirməli olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr