Hilari Klinton vә Donald Tramp sonuncu ilkin seçkilərdə qalib gəliblər

ABŞ-da prezident seçkilərinə namizədlər Hilari Klinton vә  Donald Tramp sonuncu ilkin seçkilərdə qalib gəliblər.

506421
Hilari Klinton vә Donald Tramp sonuncu ilkin seçkilərdə qalib gəliblər

ABŞ-da sonucu “super çərşənbə axşamı” baş tutub və səsvermə eyni anda ABŞ-ın Kaliforniya, Montana, Nyu Cersi, Nyu Mexiko, Şimali Dakota və Cənubi Dakota ştatlarında  keçirilib.

Respublikaçılar partiyasının namizədi  Donald Tramp  5 ştatda  qalib gəlib. Demokratların namizәdi  Hilari Klinton  isə rəqibi Berni Sandersi qabaqlayaraq səsvermədən qalib çıxıb.

Berni Sanders isә seçkilәrin sonunadәk mübarizә aparacağını açıqlayıb.

Qeyd edәk ki, ilkin seçkilәrin sonuncusu iyunun 14-dә  Vaşinqtonda keçirilәcәk.



Әlaqәli Xәbәrlәr