Ramazanın ilk günü arxada qaldı

Məkkədə bir araya gələn müsəlmanlar Ramazanın ilk günündə dualar edərək Kəbəni ziyarət ediblər.

505343
Ramazanın ilk günü arxada qaldı

 Dünyanın dörd bir tərəfindəki müsəlmanlar ilk iftar açıb, məscidlər insanlarla dolub.

 Məkkədə bir araya gələn müsəlmanlar Ramazanın ilk günündə dualar edərək Kəbəni ziyarət ediblər.

 Ramazan sevincinə şərik olan Orta Şərqdəki müsəlmanlar da məscidlərə axışıb.

Rusiyanın paytaxtı Moskvada yaşayan müsəlmanlar da ilk iftar sevincini yaşayıblar.

Qələbə meydanında qurulan Rramazan çadırında yüzlərlə insan iftarını birlikdə açıb.

 Avropanın ən çox müsəlmanların olduğu Almaniyada da Ramazan ayının ilk günündə məscidlərə axın olub.

 Tatarıstan Respublikasının paytaxtı Kazandakı məscidlərdə də iftar çadırları qurulub.

 Hindistan və Əfqanıstanda da müsəlmanlar Ramazanın sevincini paylaşıblar.

Ölkələrindəki vətəndaş müharibəsi və münaqişələr səbəbindən qaçan minlərlə miqrant isə hüznlü bir Ramazan yaşayır.

 Livanda və Yunanıstandakı qaçqın düşərgələrində qalan qaçqınlar ölkələrindən kilometrlərlə uzaqda məhdud imkanları ilə ilk oruclarını açıblar.

 


Әlaqәli Xәbәrlәr