BMT-nin İraqla bağlı açıqlaması

Birləşmiş Millətlər Təşkilatı  İraqın Әnbar vilayətinin  Falluca şәhәrindә  artan qarşıdurmalara görә təxminən 50 min adamın şәhәrdәn  qaça  bilmәdiklәrini bildirir.

505908
BMT-nin İraqla bağlı açıqlaması

BMT  Uşaq Fondu, BMT-nin Dünya Ərzaq Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tәrәfindәn verilәn birgә bәyanatda  insanların  bölgәdәn qaçmağa davam etdiklәri  bildirilib.

Açıqlamada İraq ordusunun Falluca şәhәrini terror tәşkilatı DEAŞ-dan azad etmәk üçün başlatdığı әmәliyyata  görә son 10 gündә qarşıdurmalardan qaçan  tәxminәn 10 min nәfәrin  düşәrgәlәrә sığındığı bildirilib.

Açıqlamada hәmçinin  İraq hökumәtinin el-obasından didәrqin düşәn   60 min insan üçün yaratdığı düşәrgәlәrin dolduğu qeyd olunub.

 BMT-nin mәlumatına görә, İraqda  son iki il әrzindә 3.4 milyondan çox insan el-obasından didәrqin düşüb.

10 milyondan çox insan da  humanitar yardıma möhtacdır.



Әlaqәli Xәbәrlәr