Almaniya Federal Məclisinin 1915-ci il hadisələri ilə bağlı qərarına etirazlar davam edir

Almaniyanın “ŞTERN” jurnalının ardınca məşhur alman jurnalisti, yazıçı Yurqen Todenhöfer də Federal Məclisin qərarını tənqid edib.

505354
Almaniya Federal Məclisinin 1915-ci il hadisələri ilə bağlı qərarına etirazlar davam edir

 Almaniyanın “ŞTERN” jurnalının ardınca məşhur alman jurnalisti, yazıçı Yurqen Todenhöfer də Federal Məclisin qərarını tənqid edib.

 Todenhöfer qərarın tarixi həqiqətlərlə uyğun gəlmədiyini deyib.

 O, özünün veb saytı və sosial media hesabı üzərindən yaydığı açıqlamasında qərarın 1915 hadisələrini birtərəfli olaraq təhrif etdiyini bildirib.

Todenhöfer Federal Məclisin qəbul etdiyi qərarda nədənsə 1915-ci ildə hər tərəfdən təcavüzə məruz qalan Osmanlı İmperiyasında öldürülən 2 milyondan çox türkdən bəhs edilmədiyinə diqqət çəkərək, gecikmiş bu cəsarəti "xəyanətkarlığın avantürizm qardaşı" kimi xarakterizə edib.

 Todenhöfer Qərb ölkələrinin hadisələri işıqlandırmaq üçün hüquqi məsələlərdə tərəfsiz bir komissiya yaradılmasından çəkindiklərini hələ də anlamadığını da dilə gətirib.

 Alman jurnalist həqiqətlərin ancaq beynəlxalq tarixçilərin və hüquqşünasların daxil olduğu müstəqil bir komissiyanın işləməsi nəticəsində ortaya çıxaracağını qeyd edib.

 O, Türkiyə hökumətinin dediyi kimi bu hadisə ilə bağlı digər dövlətlərin də arxivlərini açmasının vacib olduğunu söyləyib.

 Qeyd edək ki, “Ştern” jurnalı da həftə sonu çıxan sayında Federal Məclisin məlum qərarını tənqid edərək, onu  "imperializmin əxlaqi” kimi dəyərləndirmişdi.



Әlaqәli Xәbәrlәr