Fransada hücum törәtmәk istәyәn şәxs saxlanılıb

UTX-nin sәdri  Hritsakın fikrincә  saxlanılan  şәxs  Fransadaki dövlәt  binalarına, məscidlərә  vә  sinaqoqlara hücum etməyi planlaşdırırdı.

505128
Fransada hücum törәtmәk istәyәn şәxs saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti UTX-nin  sədri Vasili Hritsak  Fransada iyunun 10-da başlayacaq  EURO 2016 Futbol Çempionatından әvvәl  və çempionat zamanı dövlət binaları, məscidlər və sinaqoqlara qarşı tәşkil edilmәsi  planlaşdırılan 15 hücumun  qarşısını aldıqlarını deyib.

Hritsak  Ukrayna-Polşa sərhədində keçən ay saxlanılan  bir Fransa  vətəndaşının Ukraynada silah və partlayıcı əldə etmək istədiyini bu səbəbdən ölkədəki qanunsuz silahlı qruplarla әlaqә saxladığını  söyləyib.

UTX-nin sәdri  Hritsakın fikrincә  saxlanılan  şәxs  Fransadaki dövlәt  binalarına, məscidlərә  vә  sinaqoqlara hücum etməyi planlaşdırırdı.

Hritsak həmçinin: ‘‘Saxlanılan şәxs Fransa hökumәtinin fәaliyyәtlәri, kütlәvi  köç, İslamın yayılması vә qloballaşma haqqında  mәnfi sözlәr dedi. Hәmin şәxs  bir sıra terror aktı hәyata keçirmәk planından  danışdı’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr