Fransa prezidenti təhlükəsizlik tədbirlərindən danışdı

Fransa prezidenti Fransua Olland ölkəsinin ev sahibliyi edəcəyi Futbol üzrə Avropa Çempionatının təhlükəsizliyilə bağlı təhdidlərin davam etdiyini deyib

504914
Fransa prezidenti təhlükəsizlik tədbirlərindən danışdı

  O, “İnter” radiosuna verdiyi açıqlamada bildirib ki, “AVRO – 2016”ya qarşı təhdidlər, təəssüf ki, uzun sürə bilər. Çempionatın uğurlu keçməsi üçün təhlükəsizliyi təmin etməliyik. Bu məqsədlə bütün imkanlar və qüvvələr  səfərbər olunacaq.   Yarışın  bayram ab-havasında keçməsi və uğurlu olması üçün hər şey ediləcək”.

  Qeyd edək ki, iyunun 10-da start verəcək çempionat iyulun 10-da başa çatacaq.



Әlaqәli Xәbәrlәr