Fransa nazirındən tətili təxirəsalma çağırışı

Layihə iyunun 8-də Senata çıxarılacaq, həmkarlar ittifaqı təşkilatları isə bu müddətə qədər hökumətə təzyiq etməyi planlaşdırır

503902
Fransa nazirındən tətili təxirəsalma çağırışı

  Fransa Nəqliyyat naziri Alen Vidales ölkəsinin ev sahibliyi edəcəyi Avropa Futbol Çempionatı öncəsı pilotları 11-14 iyunda keçirəcəkləri tətilləri təxirə salmağa çağırıb.

   RTL radio kanalı vasitəsilə Vidales son 2 aydır fasilələrlə tətilə çıxan dəmiryolu işçilərinin də bu addımlarına son qoymasını istəyib və ”Bu cür əhəmiyyətli tədbir zamanı nəqliyyat işçilərinin tətil etməsi məsuliyyətsizlikdir. İndi hər bir kəs bu çempionatın uğurlu olması üçün çalışmalıdır”, - deyib. 

  Qeyd edək ki, 1 ay davam edəcək Avropa çempionatına dünyanın hər yerindən təxminən 2,5 milyon futbolsevərin gəlməsi gözlənilir.

  Əmək Məcəlləsi qanun layihəsi ətrafında başlanan gərginlik isə Fransada son 2 həftədə az qala həyatı iflic duruma salıb.

  Layihə iyunun 8-də Senata çıxarılacaq. Həmkarlar ittifaqı təşkilatları isə bu müddətə qədər hökumətə təzyiq etməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr