Almaniyada sel 5 nəfərin həyatına son qoyub

Almaniyada bir neçə gündür aramsız davam edən yağış böyük maddi ziyan vurub. Bavariya əyalətinin Niderbayern bölgəsində fəlakətlə bağlı həyəcan siqnalı verilib.

502681
Almaniyada sel 5 nəfərin həyatına son qoyub

Almaniyanın Bavariya əyalətində bir neçə gündür aramsız davam edən yağışın yartdığı sel 5 nəfərin həyatına son qoyub. 

Bavariya əyalətinin Niderbayern bölgəsində fəlakətlə bağlı həyəcan siqnalı verilib. Çox sayda ev su altında qalıb. Bəzi yerlərdə elektrik enerjisi dayandırılıb, sel ağacları kökündən qoparıb. Bölgədəki Xanten kəndində bir qatar yolda qalıb.

Bundan başqa, Almaniyanın qərbində Şimali Ren Vestfalya əyalətinin Vesel bölgəsində də güclü yağış xəbərdarlığı edilib.

Əyalətlərdə bəzi yerlərdə yolları su basıb.  
 



Әlaqәli Xәbәrlәr