Fransada yeni әmәk məcəlləsi qanun layihәsinә görә etirazlar davam edir

Fransanın  müxtәlif şәhәrlәrindә tәhlükәsizlik qüvvәlәrinin nümayüşçilәrә  qarşı  sәrt müdaxilәsi mübahisәlәrә sәbәb olub.

502084
Fransada yeni әmәk məcəlləsi qanun layihәsinә görә etirazlar davam edir
fransa polis müdahalesi basın2.jpg
fransa polis müdahalesi basın3.jpg
fransa polis müdahalesi basın1.jpg

Fransanın  müxtәlif şәhәrlәrindә tәhlükәsizlik qüvvәlәrinin nümayişçilәrә  qarşı  sәrt müdaxilәsi mübahisәlәrә sәbәb olub.

 Rennes şəhərindəki mitinq zamanı lentә alınan bir görüntü isə ölkədə ciddi müzakirələrə gətirib çıxarıb.

Aksiya zamanı polis  nümayişi lentә alan  bir mәtbuat nümayәndәsini küncə sıxışdıraraq çəkdiyi  fotoları tək-tək sildirib.

Qeyd edәk ki,  Avropa və Amerika mediası isә  Fransız dövlətinin tәrәfini tutub.

 CNN, BBC vә  France24 kimi  mətbuat orqanları  Fransız polisinin  sәrt müdaxilәsini görməməzliyə vurub.

Almaniyanın  ‘‘Der Spiegel’’  jurnalının üz qabında  ‘‘Mәğlubedilmәz Gözәllik Paris’’  başlığı  yer alıb.

 Amerikanın  CNN kanalı da ‘‘Fransa ölkә miqyasındakı  mitinqlәr üçün hazırlanır’’, ‘‘ Ölkәdә  davam edәn aksiyalar  Fransanı iflic etdi’’ kimi  yayımları ilә  ordakı işçilәrә dәstәk olmayıb.

İngiltәrәnin yayım orqanı BBC isә ‘‘Fransada neft panikası’’, ‘‘ Fransada aksiyalar artır’’ kimi yayımlarla  Fransa hökumәtinә dәstәk verib.



Әlaqәli Xәbәrlәr