Fransada tətillər həyatı iflic edib

Fransada martın sonundan başlayaraq Həmkarlar İttifaqları və hökumət arasında "Əmək Məcəlləsi haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik son bir həftədə həyatı iflic edib.

502060
Fransada tətillər həyatı iflic edib

Fransada martın sonundan başlayaraq Həmkarlar İttifaqları və hökumət arasında "Əmək Məcəlləsi haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik son bir həftədə həyatı iflic edib.
Həmkarlar Konfederasiyasının baş katibi Filip Martinez bildirib ki, ölkədə son ayların ən güclü tətili bu həftə olacaq.
 Tətillər dəmir yolu nəqliyyatının fəaliyətini məhdudlaşdıracaq.
 Etirazlarla bağlı benzin qıtlığının davam etdiyi bir vaxtda ölkədə kütləvi sərnişindaşımada da tətillər başlayıb.
 Fransa Milli Dəmir Yolları  dünən gecədən etibarən müddətsiz tətilə çıxıb.
 Tətillərlə əlaqədar şəhərlərarası nəqliyyatda və bəzi şəhərətrafı qatarlarda da ciddi problemlər yaranıb.
 Tətillər İsveçrə, Almaniya, İtaliya və İspaniya marşrutu üzrə qatarların hərəkət qrafikinə də təsir edib.
 Fransa Milli Pilot Həmkarlar İttifaqı isə, həftənin əvvəlində yaydığı açıqlamada hava nəqliyyatı işçilərinin fasiləsiz tətilə çıxacaqlarını bildirib.
 Ötən həftə Mülki Aviasiya Həmkarlar İttifaqları da 2-5 iyunda tətilə çıxacaqlarını açıqlayıb.
 Ölkədə iyunun 10-da başlayacaq AVRO-2016 Futbol Çempionatına gələn turistlərin də tətil dalğasından əziyyət çəkəcəyi bildirilir.
Otelçilik və Sənaye Peşələri Birliyi dünən Parisə edilən sifarişlərin əvvəlki illə müqayisədə 50 faiz azaldığını bildirib. 
 Neftayırma zavodlarındakı tətillər səbəbindən ölkənin bir çox şəhərində benzin tapmaq istəyən avtomobil sahiblərinin benzin stansiyalarının qarşısında uzun növbələri yaranıb.
 Mübahisələrə səbəb olan qanun layihəsi qəbul olunacağı halda, gündəlik maksimum 10 saatlıq iş müddəti 12 saata qaldırılacaq, yarımştat işçilərin həftəlik 24 saat olan minimum çalışma müddəti azaldılacaq.
 Həmkarlar ittifaqları hökumətdən layihəni geri götürməyi tələb edir, əks halda geri addım atmayacaqlar. Layihə iyunun 8-də Senata göndəriləcək.
 Həmkarlar İtttifaqı  bu müddətə qədər hökumətə təzyiq etməyi planlaşdırır.
 Prezident Fransua Olland isə islahatlarla bağlı geri addım atılmayacağını deyib.
Olland hələ də gündəlik həyatın iflic olduğu  ölkəsi üçün ən böyük təhdidin DEAŞ olduğunu bildirir.
 
 



Әlaqәli Xәbәrlәr