Fransada iş qanunu işləri dondurub

Ölkə tətil dalğası ilə qarşı-qarşıya qalıb. Həftələrdir davam edən tətillərə bu gündən etibarən dəmiryolu işçiləri də qatılıb

501009
Fransada iş qanunu işləri dondurub
fransa polis şiddeti.jpg
fransa polis şiddeti.jpg
fransa polis şiddeti.jpg
fransa yasa protesto.jpg
fransa polis.jpg

  Fransada yeni iş qanununa etirazlarla bağlı maye yanacaq problemi yaşanır.

  Ölkə tətil dalğası qarşı-qarşıya qalıb. Həftələrdir davam edən tətillərə bu gündən etibarən dəmiryolu işçiləri də qatılıb.

  Rafineri işçilərinin tətilə başlamasıyla yaşanan yanacaq çətinliyi nəticəsində qatarla işə getməyə çalışan fransızların indi də bu nəqliyyat növündə problemlər başlayıb.

  Fransa Milli Pilot Peşəsi tərəfindən verilən məlumata görə, “Gələn aydan (sabahdan) havaçılıq sektorunda tətil olacaq”.

  Hazırda benzin çətinliyi yaşayan Fransada həm hava, həm də dəmir yolları nəqliyyatı iflic vəziyyətdədir. Ölkənin şimalında olan və Parisin enerji tələbini qarşılayan Le Havre neft terminalında işçilər bu həftə də “Tətilə davam” qərarı veriblər.

  Ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Ümumi Əmək Konfederasiyası və İşçi Gücü qurumu da tətilləri dəstəkləyir.

  Fransa prezidenti Fransua Olland isə tətillərə baxmayaraq iş qanunu layihəsində güzəştə gedilməyəcəyini söyləyir.

  Bu tətillərin 10 iyunda başlayacaq Avropa Futbol Çempionatı üçün ölkəyə gəlməyə hazırlaşan turistlərə də təsir edəcəyi bildirilir. Onsuz da keçən ilin noyabr ayında meydana gələn terror hücumları və son günlərdə artan tətil və nümayişlər Paris turizminə təsir edib.

  Bölgələr Turizm Komitəsinin hesabatına görə, 2016-cı ilin ilk 3 ayında Parisdəki otellərdə qalan turist sayı keçən ilin ilk 3 ayına nisbətən 7,7 faiz azalıb.

  Yerli mütəxəssislər Parisdəki mövcud məşğulluğun 18,8 faizinin turizm sektoruna bağlı olduğunu və şəhərin büdcəsinin 13 faizinin bu gəlirlərdən təmin edildiyini söyləyir.



Әlaqәli Xәbәrlәr