İran bu il Məkkəyə həcc ziyarətinə zəvvarlar göndərməyəcǝk

Bu barǝdǝ  İranın Mǝdǝniyyǝt Nazirliyindǝn verilǝn  açıqlamada bildirilib.

500041
İran bu il Məkkəyə həcc ziyarətinə zəvvarlar göndərməyəcǝk

İranın dövlǝt radiosu  İRİNN-a  müsahibǝ verǝn  Mǝdǝniyyǝt naziri  Əli Cǝnnǝti  bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib: “Təəssüf ki, iranlı zəvvarlar həcc ziyarətinə gedə bilməyəcəklər”.

Cənnəti  İran Həcc və Ziyarət  Qurumunun  sabah məsələ ilə bağlı açıqlama veriləcəyini dǝ qeyd edib.

Qeyd edək ki, İran, Səudiyyə Ərəbistanının Həcc ziyarətinə getmək istəyən vətəndaşlara maneə törətdiyini iddia edir.  Səudiyyə Ərəbistanı isə İranın iddialarını qəbul etmir.



Әlaqәli Xәbәrlәr