Washingtondan YPG-yə dəstək açıqlaması gəldi

ABŞ YPG-yə operativ və tövsiyə şəklində dəstək verməyə davam edəcəyini bildirdi.

499371
Washingtondan YPG-yə dəstək açıqlaması gəldi

Amerika Birləşmiş Ştatlarının  rəhbərliyi altındakı DEAŞ-a qarşı beynəlxalq koalisiyanın sözçüsü komandir Steve Warren Suriyadakı əsgərlərinin terror təşkilatı YPG gerbli uniformaları ilə əlaqədar "uyğunsuz" ifadəsini işlətsə də, Washington rəhbərliyindən bir daha YPG-yə dəstək açıqlaması gəldi.
 
Dövlət Departamentinin sözçüsü Mark Toner Amerika Birləşmiş Ştatlarının terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-yə operativ və tövsiyə şəklində dəstək verməyə davam edəcəklərini söylədi.
 
 Türkiyənin terror təşkilatı YPG haqqındakı düşüncələrini bildiklərini və narahatlığını başa düşdüklərini ifadə edən Toner YPG ilə işləməyə davam edəcəklərini vurğuladı.
 
Toner: "terror təşkilatı PKK ilə YPG arasında qəti olaraq heç bir əlaqə yoxdur deyə bilməsəm də, bunlar iki fərqli quruluşdurlardır" ifadəsini işlətdi.
 
 Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı DEAŞ-a qarşı beynəlxalq koalisiyanın sözçüsü komandir Steve Warren Suriyadakı ABŞ əsgərlərinin üzərində terror təşkilatı YPG-nin gerbi olan forma geyinməsi haqqında Bağdaddan video-konfrans yoluyla bəyanat vermişdi.
 
Warren: " YPG gerbli forma geyinmək ABŞ əsgərlərinin səlahiyyətləri daxilində deyil və uyğunsuzdur. Bunun düzəlsilməsi istiqamətində  lazımlı addım atıldı. Bölgədəki hərbi tərəfdaşlarımız və müttəfiqlərimizlə əlaqəyə girdik" demişdi.
 
 Türkiyənini Xarici İşlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ın terror təşkilatı YPG ilə yanaşı görünməsinə reaksiya göstərərək: "Terrorla mübarizədə çox iddialı olan bir ölkənin, bizim müttəfiqimizin, ABŞ əsgərlərinin bir terror təşkilatının gerbini istifadə etməsi qəbuledilməzdir. Onlara (ABŞ-a) tövsiyəmiz budur ki, Suriyanın digər regionlarına getdikləri zaman DEAŞ-ın, El-Nüsranın, Əl-Qaidənin gerbini taxsınlar, Afrikaya getdikləri zaman da Boko Haram gerbini taxsınlar" demişdi.



Әlaqәli Xәbәrlәr