Reynaldo Benito Bignone 20 il həbs cəzasına məhkum edildi

Argentinada keçmiş xunta lideri Reynaldo Benito Bignone 20 il həbs cəzasına məhkum edildi.

499176
Reynaldo Benito Bignone 20 il həbs cəzasına məhkum edildi

 Reynaldo Benito Bignone 1970-ci illərdə Cənubi Amerika ölkələrində Washingtonun dəstəyi ilə aparılan "Condor Əməliyyatı" çərçivəsində törətdiyi cinayətlərlə əlaqədar mühakimə olundu.
 
 Paytaxt  Buenos Airesdə keçirilən məhkəmə prosesi 3 il davam etdi.
 
 Məhkəmədə  88 yaşlı Bignone ilə yanaşı 17 nəfər keçmiş yüksək vəzifəli hərbçi  də bəşəriyyətə qarşı törətdikləri cinayətlərə görə müxtəlif cəzalar aldılar.
 
 Argentinanın son xunta lideri Bignone 1982-ci ildən 1983-cü ilə qədər hakimiyyətdə olub.
 
 Argentinada 1976-1983-cü illər arasında baş verən və Argentina hökuməti tərəfindən "Kirli Müharibə" adlanan diktatura dövründə əks görüşlü 13 min nəfərin itkin düşdüyü, ya da öldürüldüyü güman edilir.
 
 İnsan haqları təşkilatları isə bu rəqəmin 30 mindən çox olduğunu bildirir.
 
 Latın Amerikasındakı sağ diktaturaların 1970-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) dəstəyi ilə həyata keçirdiyi "Condor Əməliyyatı" Argentina, Uruqvay, Braziliya, Çili, Paraqvay və Boliviyada gerçəkləşdirilmişdi.



Әlaqәli Xәbәrlәr