Hollywooddan "qadına qarşı zorakılıq" xəbəri

Dünyanın hər yerindən, hər təbəqədən "qadına qarşı zorakılıq" xəbərləri gəlir.

499169
Hollywooddan  "qadına qarşı zorakılıq" xəbəri

Son xəbər isə Hollywooddan gəldi.
 
 Hollywoodun məşhur aktyoru Johnny Depp həyat yoldaşı aktrisa Amber Heardə tətbiq etdiyi zorakılığa görə məhkəmə qərarı ilə uzaqlaşdırma cəzası aldı.
 
 Johnny Depp və gözəl aktrisa Amberr Heardün səadətləri qısa oldu.
 
 15 aylıq evlilik zorakılıq üzündən bitdi.
 
 30 yaşlı aktrisa 52 yaşlı aktyor həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirərək boşanma iddiası polisə müraciət etdi.
 
 Heardün aldığı fiziki zərbələrin izlərinin fotoları çəkildi.
 
Məhkəmə məşhur aktyora,keçmiş həyat yoldaşına 100 metrdən çox yaxınlaşmama cəzasını verdi.
 
 Depp haqqında yekun qərar isə yaxın günlərdə açıqlanacaq.
 
 Deppin daha əvvəlki münasibətlərində də oxşar hallarla əlaqədar məhkəmə işləri vardı.
 
 Məşhur aktyorun həbs cəzası ilə üz-üzə qala biləcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr