Son iki ildə xəstəxanalara və tibb mərkəzlərinə 594 dəfə hücum təşkil edilib
Bu barәdә Ümumdünya Sәhiyyә Tәşkilatı yayımladığı hesabatda bildirib.
498872

Ümumdünya Sәhiyyә Tәşkilatı son iki ildə xəstəxanalara və tibb mərkəzlərinə təşkil edilən 594 hücum nəticəsində 959 adamın həyatını itirdiyini bildirib.
Təşkilat yayımladığı hesabatında bu hücumlar nəticəsində həmçinin 1561 nəfərin də yaralandığını bildirib.
Hesabatda Orta Şərq və Afrika başda olmaqla 19 ölkədə xəstəxana və tibb mərkəzlərini hədəf alan hücumlara diqqət çəkilib.
Hesabatda hücumların 60 %-nin qərəzli şəkildə həyata keçirdiyi qeyd olunub.