Donald Tramp 1 238 qurultay nümayəndəsinin səsini alıb
ABŞ-da prezidentliyə namizəd Respublikaçı Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün nümayəndələrin yetərincə dəstəyini qazanıb.

ABŞ-da prezidentliyə namizəd Respublikaçı Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün nümayəndələrin yetərincə dəstəyini qazanıb.
Məlumata görə, min 238 qurultay nümayəndəsi onun prezidentliyə namizədliyinə səs verib. Bununla da Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsini təmin edib.
Qeyd edək ki, namizədliyin irəli sürülməsi üçün min 237 səs tələb olunurdu.
Yarışa 16 rəqiblə başlayan və digər namizədlərin geri çəkilməsiylə tək qalan Trampın digər ştatlarda əldə edəcəyi səslə mövqeyini daha da gücləndirəcəyi gözlənilir.
Respublikaçılar Partiyasının iyunun 7-də, 6 ştatda keçirəcəyi ön seçkilərlə proses tamamlanacaq.
Noyabrın 8-i keçiriləcək prezident seçkilərində Trampın rəqibi, Demokratlardan Hillari Klinton ilə Bernie Sandersin arasındakı rəqabətin nəticəsi ilə müəyyənləşəcək.
Bu arada Klinton Sandersdən daha öndədir.
İyulda keçiriləcək Demokrat Partiya qurultayında partiyadan namizəd ola bilmək üçün 2 min 383 nümayəndənin dəstəyi lazımdır.
Klinton 2 min 305 nümayəndə, Sanders isə min 539 nümayəndənin səsini toplayıb.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.