İran Ekspertlər Şurası Amerika Birləşmiş Ştatlarına sərt cavab verilməsini istəyib

Keçirilən seçkidən sonra  mühafizəkar şəxsiyyətiylə tanınan Ayətullah Əhməd Cənnətinin rəhbərliyi ilə ilk toplantısını keçirən Şura, prezidenti Həsən Ruhanini ABŞ-a güzəştə getməkdən imtina etməyə çağırıb.

498007

Toplantıdan sonra yayılan məlumatda, ABŞ-ın nüvə anlaşmasındaki öhdəliklərini yerinə yetirmədiyi iddia edilərək,  Ruhani hökumətindən rəsmi Vaşinqtona sərt cavab verməsi istənilib.

Qeyd edək ki, Dini lideri nəzarət və yeni dini lideri seçmə səlahiyyəti olan İran Ekspertlər Şurasına bu həftə seçki keçirilib. Seçkini Ayətullah Əhməd Cənnəti qazanıb.

İranın Dini lider Ayətullah Əli Xameneiyə yaxınlığıyla tanınan Cənnəti, prezident Ruhaninin Qərbə yanaşmasına qarşı çıxır.

Әlaqәli Xәbәrlәr