Belçikada DEAŞ-a qarşı әmәliyyatlar davam edir

Belçikanın paytaxtı  Brüsseldә martın 22-dә hәyata keçirilәn  terror  aktından sonra başladılan әmәliyyatlar davam edir.

497800
Belçikada DEAŞ-a qarşı әmәliyyatlar davam edir

Belçikanın paytaxtı  Brüsseldә martın 22-dә hәyata keçirilәn  terror  aktından sonra başladılan әmәliyyatlar davam edir.

Antwerp şәhәrindә hәyata keçirilәn әmәliyyatlar nәticәsindә DEAŞ-ın sıralarına qoşulduqları  düşünülәn 4 nәfәr saxlanılıb.

Şübhəlilərin  martın 22-dә   Brüssel hava limanı və metroda hücum törәdәn  canlı bombalar ilә  əlaqələrinin olduğu  bildirilir.

 Belçikalı prokurorlar  həbs olunan 4 nəfərin ölkədə yeni terror  aktı törәtmәyә hazırlaşdıqlarını  bildirib. Ancaq mәsәlә ilә bağlı  әtraflı mәlumat vermәyib.

Xatırladak ki, Brüssel hava limanında vә metroda törәdilәn hücumlar nәticәsindә 32 nәfәr hәyatını itirmişdi, 270 nәfәr dә yaralanmışdı.

Fransada isә noyabrın 13-dә hәyata keçirilәn terror aktı nәticәsindә isә 130 nәfәr hәyatını itirmişdi. Hәr iki hücumun mәsuliyyәtini terror tәşkilatı DEAŞ öz üzәrinә götürmüşdü.



Әlaqәli Xәbәrlәr