Rusiyada orta maaş səviyyəsi düşüb

Keçən il Rusiyada  dollar əsasındakı hesablamalara görə, orta aylıq əmək haqqının səviyyəsi Qazaxıstandakı orta maaş səviyyəsinə endi.

496926
Rusiyada orta maaş səviyyəsi düşüb

 Moskvadakı İqtisadiyyat İnsitutu tərəfindən nəşr olunan "Xalqın Sosial-İqtisadi Vəziyyəti" adlı hesabata görə, Rusiyada ötən il dollar əsasında orta aylıq maaş səviyyəsi əvvəlki illə müqayisədə təxminən 34 % azalaraq, 558 dollara enib.
 
 Hesabatda rublun dollara nisbətdə dəyər itirməsi səbəbindən Rusiyadakı orta əmək haqqlnln artıq Qazaxıstandakı orta əmək haqqı səviyyəsinə düşdüyü vurğulandı.
 
 "Sberbank"-ın  baş analizçisi Mixail Matovnikov daha əvvəl də Rusiyada bu il orta maaş səviyyəsinin 450 dollardan az olduğunu, ölkədəki orta əmək haqqının Çindəki orta əmək haqqından da az olduğunu bildirmişdi.
 
 Rusiya Federal Statistika Təşkilatı (Rosstat) tərəfindən açıqlanan məlumatlara görə, ölkədə real gəlirlər aprel ayında keçən ilin eyni dövrünə görə 7,1 % düşüb.
 
 Rusiya İqtisadi İnkişaf Nazirliyinin ötən həftələrdə hökumətə təqdim etdiyi təklifə görə, bu ildən  2019-cu ilədək  maaşlarda azalmalar olacaq, bu tarixin sonunda Ümumi Daxili Məhsulu 4,5 % artırmaq məqsədi güdülür.



Әlaqәli Xәbәrlәr