Ötən il Almaniyada  sağçılar tərəfindən törədilən cinayətlər rekord səviyyəyə çatıb

Polis tərəfindən qeydə alınmış 23 min cinayətdən 458-i  sağçıların payına düşür.

496686
Ötən il Almaniyada  sağçılar tərəfindən törədilən cinayətlər rekord səviyyəyə çatıb

Polis tərəfindən qeydə alınmış 23 min cinayətdən 458-i  sağçıların payına düşür. 

Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə 2015-ci ildə, qaçqınları hədəf alan min 31 hücum həyata keçirilib.

Miqrantlara istiqamətli hücumların 2014-ci ildən bu zamana qədər 5 dəfə artdığına diqqət çəkən Daxili İşlər naziri də Maiziere, bunun qəbul edilməz olduğunu bildirib.

Digər tərəfdən, Almaniya prezidenti Joachim Gauck, qaçqın əleyhdarı Pegida hərəkatına diqqət çəkərək Konstitusiya pozuntularına və radikallığa qarşı xəbərdarlıq edib.

Gauck  Konstitusiyanın əsas prinsiplərini dəyişdirmək və ya aradan qaldırılmasını istəyən Konstitusiya əleyhdarları ilə dialoq qurmağın mümkün olmadığını bildirib.

Prezident, 1989-ci ildə Almaniya Demokratik Respublikasında təşkil edilən nümayişlərdəistifadə olunan “Xalq bizik!” şüarından sui-istifadə edilməməsini istəyib.

Radikal Pegida hərəkatı, “Xalq bizik!” şüarını miqrantlara və xüsusilə Müsəlmanlara qarşı istifadə edir”.



Әlaqәli Xәbәrlәr