Fransada etiraz aksiyaları davam edir

Fransada işdən çıxarmaları asanlaşdıran islahat planının parlamentin aşağı palatasında qǝbul edilmǝsindǝn sonra  tətillər və etiraz aksiyaları gündǝlik hǝyata mǝnfi tǝsir edib.

496440
Fransada etiraz aksiyaları davam edir

Fransada işdən çıxarmaları asanlaşdıran islahat planının parlamentin aşağı palatasında qǝbul edilmǝsindǝn sonra  tətillər və etiraz aksiyaları gündǝlik hǝyata mǝnfi tǝsir edib.

 Qanun layihəsinǝ etirazlarını bildirǝn həmkarlar ittifaqları Parisin də daxil olduğu İl de Frans bölgəsindəki neft emalı zavoduna gedən yolları bağlayıb.

 Yolları maşınlar və rezinlərlə bağlayan nümayişçilər qanun layihəsi parlamentdən çəkilmədən aksiyalarına son verməyəcəklərini bildiriblǝr.

 Həftə sonundan etibarən mərhələli olaraq başlayan yol bağlama aksiyaları ilǝ nümayişçilər, zavodlardan və anbarlardan yanacaqdoldurma stansiyalarına nəqliyyata mane olur.

 Ölkədə yerləşən 8 neftayırma zavodundan 6-sı aksiyalara görǝ yanacaq nǝql edə bilmir. Yanacaq anbarlarında da giriş-çıxışlar tətilçilər tərəfindən bağlanıb.

 Fransadakı 12 min yanacaq mǝntǝqǝsindǝn min 500-de yanacaq olmadığı bildirilib. Yüzlərlə yanacaq mǝntǝqǝsindǝ növbələr yaranmağa başlayıb.

Fransız xəbər agentliyi AFP bəzi yaşayış yerlərində yanacağın talon ilə verilməyə başlandığını bildirib.

Fransa mətbuatının yazdığına görə aksiyalarda milyonlarla adam iştirak edir.

Həmkarlar ittifaqları hesab edir ki, prezident Francois Hollande işçilərin hüquqlarının pozulması hesabına biznesə güzəştə gedir.

Belə ki, sahibkarlar maksimum iş saatını mövcud 10 saatdan 12 saata qaldıra bilərlər.

Əlavə işə görə pul isə mövcud 25 faizdən 10 faizə salına bilər.



Әlaqәli Xәbәrlәr