Dünyada ilk dəfə Yaşıllar Partiyası nümayəndəsi prezident seçilib

Müstəqil namizəd və “yaşıllar” partiyasının sabiq lideri Aleksander Van der Bellen Avstriyada keçirilən prezident seçkilərinin qalibi olub.

496433

Məlumata əsasən səslərin 50,3%-ni toplayan Van der Bellen sağçı “Avstriya Azadlıq partiyası”nın namizədi Norbert Hoferi qabaqlayıb. Onun rəqibi isə 49,7% səs toplayıb.

Namizədlər arasında fərq cəmi 31 min səs təşkil edib.

1999-cu ildən  2008-ci ilə qədər Yaşıllar Partiyasının sədri olan Bellenin iyulun 8-də inauqurasiya mərasimi keçiriləcək. O, and içərək 6 illik vəzifəsinə başlayacaq.  

Qeyd edək ki, Van Der Bellen, prezident seçkilərinə müstəqil namizəd olaraq qatılmışdı.

Әlaqәli Xәbәrlәr