Suriyada 2013-cü ildәn etibarәn 106 mülki müdafiə әmәkdaşı hәyatını itirib

Suriyada  2013-cü ilin mart ayından etibarәn  rejim qüvvələri ilə Rusiyaya mәxsus təyyarələrinin təşkil etdiyi hücumlar  nәticәsindә  106 mülki müdafiə әmәkdaşı  hәyatını itirib.

495932

Suriya insan hüquqları şəbəkəsinin  hazırladığı hesabata görə, sözügedən qurbanların  99-u rejim qüvvələri, 3-ü Rusiyaya mәxsus döyüş təyyarələri, 4-nün də cinayətkarı müəyyən olunmayan hücumlar nəticəsində həyatını itirib.

 Suriyada hücumlardan sonra  lazımi təcili müdaxilənin təmini və zəruri ehtiyacların qarşılanması məqsədilə yaradılan Mülki Müdafiə Təşkilatı  ilk olaraq  2013-cü ilin matr ayında  İdlibde başladığı fəaliyyətlərini  bu gün  dә  davam etdirir.

 Mülki müdafiə orqanları  ilk tibbi yardım, axtarış-xilasetmə, yanğın söndürmə, yaralıların nəqli, su paylama, hücumlar nәticәsindә  zərər görən elektrik  ötürücü  xətlərinin əsaslı təmiri, yaralıların sağlamlıq vəziyyətinin  dinamik müşahidәsi kimi məsələlərlə məşğul olur.

 Rejim qüvvәlәrinin  2011-ci ilin yayından  etibarәn  hücumlar zamanı  top və tank kimi iri çaplı silahlar istifadə etməsi 2012-ci ilin әvvәlindәn  etibarәn isә  hava hücumları tәşkil etmәsi  ölkədə  çox sayda insanın  ölmәsinә sәbәb olur.

Әlaqәli Xәbәrlәr