Avstriyada keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana səs verdilər

Sandıqdan prezident Rəcəb Tayyib Ərdoğana səs çıxıb.

496205
Avstriyada keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana səs verdilər

Ötən gün Avstriyada ikinci turu keçirilən prezident seçkisində maraqlı hadisə baş verib.
Sandıqdan prezident Rəcəb Tayyib Ərdoğana səs çıxıb.
Səs vermə prosesindən sonra səsləri sayan heyət seçki bülletenlərindən birini gördükdə təəcüblənib.  
Prezidentliyə namizəd Norbert Hofer ilə Aleksandr Van der Bellenin adları olan sırada “Ərdoğan” yazılıb.
Qeyd edək ki, Avstriyada keçirilən prezident seçkilərində ilkin məlumatlara görə  sağçı Azadlıq Partiyası namizədi Norbert Hofer, az fərqlə irəlidədir.



Әlaqәli Xәbәrlәr